Türkiyədən Əqsa bəyanatı: Təcili tədbir görülməlidir

13 Avqust 2024 20:58

Yüzlərlə radikal israillinin polisin himayəsi altında Əqsa məscidinə basqın etməsi Qüdsün tarixi statusunu pozan təxribatdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Beynəlxalq ictimaiyyət İsrailin Qəzzada törətdiyi vəhşilikləri dayandırmaq və bütün regionumuzun sabitliyini hədəf alan bu cür hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir", - bəyanatda qeyd olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun