"Barselona" 13 illik yarımmüdafiəçisi ilə vidalaşdı - FOTO

13 Avqust 2024 20:31

Yarımmüdafiəçi Sergi Roberto "Barselona"dakı komanda yoldaşları ilə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 32 yaşlı ispaniyalı avqustun 11-də klubu ilə yeni müqavilə imzalamayacağını açıqlayın. Futbolçunun gedişini qeyd edən mərasimdə digərləri ilə yanaşı, keçmiş kataloniyalı futbolçular Karles Puyol, Xavi, Xerard Pike və Xuan Karlos Unzue də iştirak edib.

"Meydanda vidalaşmaq istərdim, amma dəstəyinizə və məni olduğum oyunçuya çevirən tələblərə görə həmişə minnətdar olacağam. Səni ürəyimdə saxlayacağam. 25 titul qazanacağım və 373 oyun keçirəcəyim kimin ağlına gələ bilərdi? Barça həmişə həyatımın klubu olacaq. Əminəm ki, yollarımız yenidən kəsişəcək", - Robertonun sözlərini İspaniyanın "Mundo Deportivo" nəşri sitat gətirib.

Sergi Roberto 2011-ci ildən əsas komandada çıxış edir. Klubun tərkibində yarımmüdafiəçi 7 qat İspaniya çempionu, 6 dəfə ölkə kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun