Moldova diplomatı F-16-lara görə Rusiya XİN-ə çağırıldı

13 Avqust 2024 19:46

Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, moldovalı diplomata Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq bildirilib.

"Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun