İrəvanda gömrük əməkdaşları braziliyalı kişinin ölümünə səbəb oldular

13 Avqust 2024 18:26

Ermənistanın "Zvartnots" hava limanında maye içən Braziliya vətəndaşının ölümü ilə bağlı cinayət işi başlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Bundan əvvəl xəbər saytları İrəvan hava limanından huşsuz vəziyyətdə gətirilən 30 yaşlı Braziliya vətəndaşı Aracolima Lukasinin "Asthik" tibb mərkəzində dünyasını dəyişdiyini bildiriblər. Öz növbəsində, "Hraparak" qəzeti yazıb ki, gömrükçülər həmin şəxsin üzərində olan mayeni içməyə məcbur etdikdən sonra onun vəziyyəti pisləşib.

"Hraparak"ın verdiyi məlumata görə, braziliyalı şüşədə şərab olduğunu bildirib. Gömrükçülər isə mayeni yoxlamaq əvəzinə onu içməyə məcbur ediblər.

Bundan dərhal sonra onun vəziyyəti kəskin şəkildə pisləşib və qısa bir zamanda ölüb. Eyni zamanda, nəşrin məlumatına görə, şüşədə narkotik vasitələr olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun