Qonşu ölkədə COVID-19-a yoluxma halları SÜRƏTLƏNDİ

13 Avqust 2024 18:11

Rusiyada son həftə ərzində COVID-19 xəstəliyinə yoluxma halları, demək olar ki, 30 faiz artıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahı məlumat yayıb.

"Ötən həftə 100 min nəfərə düşən yeni koronavirus infeksiyasına yoluxma göstəricisi əvvəlki həftə ilə müqayisədə 29,1% çoxdur", - deyə əməliyyat qərargahından bildirilib.

Ekspertlər Rusiyanın 59 subyektində yoluxanların sayının çoxaldığını bildiriblər, 12 regionda isə bu göstərici ölkə üzrə orta göstəricidən daha sürətlə artır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun