İranın ölkəmizə hücumuna bu dövlətin ərazisinə zərbələr endirməklə cavab veriləcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail ordusuna məxsus radiostansiyasının efirində informasiya verilib.
Bildirilib ki, hətta İsrail tərəfində dağıntı və tələfat olmasa belə, qarşı tərəf çox sərt reaksiya ilə üzləşəcək.
Məlumata əsasən, bu xəbərdarlıq İranın təhdidləri fonunda beynəlxalq ictimaiyyətin rəsmi Təl-Əvivə yönələn təzyiqlərinin azalmasına nail olmaq məqsədi daşıyır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun