"Hazırda özümü yaxşı hiss edirəm".
Milli.Az bildirir ki, bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.
Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, əvvəlki aylara nisbətən hazırda daha yaxşıdır: "Hər gün fizioterapiyaya gedirəm. Sabah həkimin qəbuluna gedəcəm. Artıq o bildirəcək ki, bu prosesi nə zamana kimi davam etdirməliyəm. Sol əlim artıq işləyir. Hətta "qantel"dən belə istifadə edə bilərəm. Düşünürəm ki, zamanla daha da yaxşı olacam".
O, bu gün Çempionlar Liqasının lll təsnifat mərhələsində keçiriləcək "Lüdoqorets" - "Qarabağ" matçı barədə də proqnozunu açıqlayıb: "Bakıda 1:2 hesablı məğlubiyyəti heç kim gözləmirdi. Hətta xaricdə yaşayanlar belə "Qarabağ"ın mərhələni rahatlıqla keçəcəyinə ümid edirdi. Lakin bu, futboldur və sürprizlərlə doludur. Bu gün də ümidimiz çoxdur. "Qarabağ" öz oyununu göstərib, qalib gələrək mərhələyə adlaya bilər".
Qeyd edək ki, komandalar arasında cavab matçı Bakı vaxtı ilə 22:00-da keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun