Peyvəndlər hər hansı dərman preparatı kimi bəzi yan təsirlərin yaranmasına səbəb ola bilər. Bu normal haldır və övladınız üçün təhlükəli deyil.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, peyvənd vurulduqdan sonra ən çox rast gəlinən yan təsirlərə inyeksiya yerində ağrı və ya yüngül qızdırma daxildir.
Bu əlamətlər adətən bir neçə gün davam edir və sadə müalicə ilə keçir. Məsələn, əgər uşaq peyvənd vurulan qolunda narahatlıq hiss edirsə, inyeksiya yerinə təmiz, sərin və nəm dəsmal yerləşdirmək, eləcə də qolu ehmalca hərəkət etdirmək lazımdır.
Uşaqlarda qızdırma qalxarsa, ona bol maye vermək və yüngül geyindirmək lazımdır. Eyni zamanda nadir hallarda olsa belə ciddi reaksiyalar müşahidə oluna bilər ki, bu zaman mütləq həkim ilə əlaqə saxlamalısınız.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun