Xanımından xalq artistinə ad günü təbriki - VİDEO

14 Avqust 2024 10:25

Bu gün Xalq artisti Elçin Əzizovun doğum günüdür.

Milli.Az olay-a istinadən bildirir ki, bu münasibətlə sənətçinin həyat yoldaşı Həmidə Məlikova onunla birgə Mikonosda çəkilən görüntülərini yayımlayıb. 

49 yaşına qədəm qoyan ərini təbrik edən Həmidə sözügedən paylaşıma "Ad günün mübarək, mənim sevgim Elçin Əzizov" şərhini yazıb.

Qeyd edək ki, Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir. Cütlüyün Cəmil adında oğulları var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun