ƏDV ilə bağlı xəbərdarlıq! - Bu sayta daxil olmayın, yoxsa...

13 Avqust 2024 15:34

Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta "edv-almaq.com" adlı veb-sayt yaradılıb.

Millli.Az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, "edv-almaq.com" adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun