Marsda ilk dəfə maye su tapıldı

13 Avqust 2024 14:55

Marsda ilk dəfə maye su tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə NASA-nın Mars "Insight Lander" zondunun topladığı məlumatları təhlil edən alimlər qənaətə gəliblər.

Qeyd olunub ki, Qırmızı Planetin qabığının dərinliklərində maye su anbarı adlanan yer var. Təhlil göstərdi ki, su Marsın səthinin altında 10-20 km dərinlikdə yerləşir.

Marsın səthini tədqiq edən tədqiqatçılar onun üzərində su olduğunu çoxdan anlayıblar: səthdə çay və göllərin izləri var. Lakin son 3 milyard ildə onların yerini səhra tutub.

Suyun bir hissəsi səthin altında qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun