Elçin keçmiş qayınanası ilə FOTOsunu paylaşıb bunları YAZDI

13 Avqust 2024 15:36

Xəbər verdiyimiz kimi, Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı parlament seçkilərində namizədliyini irəli sürüb.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, T.Rüstəmxanlının keçmiş kürəkəni, müğənni Elçin Cəfərov onunla bağlı paylaşım edib. İfaçı paylaşımında "Tənzilə Rüstəmxanlı, uğurlar arzu edirəm" deyə yazıb.

Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə olub. Onlar boşanıblar, bir övladları var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun