Necə edək ki, əllərdən sarımsaq qoxusu gəlməsin?

14 Avqust 2024 07:07

Sarımsaq xüsusi bir məhsuldur, çünki onun sıx aromasını başqa heç bir şeylə qarışdırmaq olmaz. Sarımsağı soyub doğradıqda əllərdən xoşagəlməz qoxu gəlir.

Bəs, əllərdən sarımsaq qoxusunun gəlməsinin qarşısını necə almaq olar?

Milli.Az lent.az-a istinadən bildirir ki, iki yemək qaşığı soda ilə bir qaşıq limon suyunu qarışdırın.

Nəm dəriyə çəkin, bir neçə dəqiqə gözləyin və yuyun.

Bu üsul həm də sizi sarımsaq qoxusundan tez bir zamanda azad edəcək. 

Bundan əlavə qəhvə vasitəsilə də sarımsaq qoxusundan qurtulmaq mümkündür. Bu içki davamlı və xoş ətirə malikdir. Qəhvəni az miqdarda xama ilə birləşdirin. Əllərinizə sürtün və 2-3 dəqiqə saxlayın.

Beləliklə, sarımsaq qoxusundan qurtulmuş olacaqsınız.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun