Paris-2024: Cüdodan ikinci zəfər, güləş ilk dəfə “Top-3”dən kənarda

13 Avqust 2024 11:04

Paris-2024-ə 15 idman növü üzrə 17 proqramda 48 təmsilçi ilə qatılan Azərbaycan millisi XXXIII Yay Olimpiya Oyunlarında 7 medal qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, idmançılarımız mükafatları 4 növdə əldə edib.

Ən yaxşı nəticəyə cüdo millimiz imza atıb. Tatami ustalarımız 2 qızılla komandalarımız arasında 1-ci olub.

2-ci yeri boks və taekvondo bölüşüb. Hər iki növdə bir gümüş əldə olunub.

Daha çox medal qazanan güləş yığmamız 4-cü yerlə kifayətlənib. Bu da bütün mükafatların bürünc olması ilə bağlıdır.

yer

Növ

Q

G

B

C

1

Cüdo

2

0

0

2

2-3

Boks

0

1

0

1

 

Taekvondo

0

1

0

1

4

Güləş

0

0

3

3

Paris-2024 cüdo yığmamızın digər komandalarımızı üstələdiyi ikinci Olimpiadadır. Pekin-2008-də də yalnız tatamidə qızıl qazandığımızdan bu növ daha uğurlu olmuşdu.

Yalnız güləş daha çox Olimpiadada əsas ümidimiz olub. Dörd dəfə ən yaxşı yığmamız olan pəhləvanlarımız bunun üçündə vahid liderliyə yiyələnib, birində zirvədə şərikli "oturub".

Amma güləşin son belə zəfəri London-2012-də qeydə alınıb. Rio-2016-da taekvondo, Tokio-2020-də karate, Paris-2024-də cüdo millimizin ən güclü tərəfi olub.

Ümumiyyətlə, güləş ilk dəfə ən yaxşı 3 növ sırasına düşməyib. Əvvəlki 7 Olimpiadanın dördündə 1-ci olan pəhləvanlarımız üç dəfə 2-ci yeri tutub. Komanda bu dəfə isə yığmalar arasında yalnız 4-cü yerlə kifayətlənib.

Arxada qalan 8 Olimpiadada 5 növ digərlərini qabaqlayıb. Güləş biri şərikli olmaqla 4, cüdo 2, taekvondo və karate hərəyə 1, atıcılıq isə şərikli olmaqla 1 dəfə ən uğurlu olimpiya növümüz olub.

Atlanta-1996: Güləş
Sidney-2000: Atıcılıq və güləş
Afina-2004: Güləş
Pekin-2008: Cüdo
London-2012: Güləş
Rio-2016: Taekvondo
Tokio-2020: Karate
Paris-2024: Cüdo

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun