Bu tikinti materialları bahalaşdı - VİDEO

13 Avqust 2024 20:00

Bəzi tikinti materiallarının qiyməti minimum 2-3 manat artıb.

Satıcılar bildirirlər ki, qiymət artımı əsasən xaricdən gələn məhsullarda müşahidə olunur.

Bu tikinti məhsullarının qiymətini artması xüsusən də təmirli mənzillərin qiymətinə təsirsiz ötüşməyib.

Milli.Az bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə deyib ki, tikinti materiallarında qiymət nə qədər artırsa, onun yarısı qədər də mənzilin qiyməti artmış olur.

Ekspert bildirib ki, məhsulun bahalaşmasına səbəb həm daşınma xərclərinin artması, həm də mövsümi olaraq tələbatın çoxalmasıdır.

Ekspertin fikrincə, daşınmalar zamanı çəkilən xərclərin qiyməti azalarsa, tikinti materiallarının qiyməti də düşə bilər. Bəzi yerli məhsulların qiymətinin artma səbəbi isə xam malın xaricdən alınmasıdır ki, bu da bir başa məhsulun qiymətinə təsir edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun