Sarqsyanın kürəkəni ölkəsinə 350 milyon dollar ziyan vurub

13 Avqust 2024 10:59

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 76 epizod üzrə təqsirli bilinib və onun haqqında cinayət işi açılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatına istinadən məlumat verib.

Qeyd olunub ki, Serj Sarqsyanın kürəkəni korrupsiya, rüşvətxorluq, vergidən yayınma, çirkli pulların yuyulması və mənimsəməsi kimi cinayətləri törətməkdə şübhəli bilinir.

İstintaq işində yazılıb ki, Mikael Minasyan törətdiyi cinayət tərkibli əməlləri ilə dövlətə 350 milyon dollar həcmində ziyan vurub. Ümumilikdə iş üzrə 13 nəfər təqsirli bilinib.

Qeyd edək ki, Mikael Minasyan 2013-2018-ci illərdə Ermənistanın Vatikanda səfiri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun