Toy etmək istəyənlərə pis xəbər: Yaxın vaxtlarda... - VİDEO

13 Avqust 2024 10:10

Məhərrəm ayının bitməsinə az qalmış artıq şadlıq evlərində bütün yerlər bron edilib.

Milli.Az xəbər verir ki, inzibatçılar növbəti aylar üçün yerlərin çoxunun tutulduğunu deyir.

Onların sözlərinə görə, əgər indi kimsə toy etmək üçün müraciət etsə, sentyabr ayında istədiyi tarixə, günə yer tapa bilməyəcək.

Qiymətlərə gəldikdə isə bildirilir ki, bununla bağlı hələlik dəyişiklik yoxdur və menyu 50-80 manat arasındadır. Amma yaxın vaxtlarda qiymətlərin artacağı qaçılmazdır.

Qeyd edək ki, Məhərrəm ayı avqustun 7-də başa çatıb, səfər ayı başlayıb. Sentyabrın 5-də isə səfər ayı başa çatacaq.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun