Messi ailəsi ilə istirahətdə - FOTO

14 Avqust 2024 06:30

Argentina millisinin və "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi ailəsi ilə yaxtada istirahət edir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, forvardın həyat yoldaşı Antonella Rokuzzo onların tətildən fotolarını instaqram hesabında paylaşıb.

O, fotoları "Yay və onlar" -  deyə şərh edib.

Futbolçunun yoldaşı və övladları ilə görüntüləri maraqla qarşılanıb. Onların fotosuna 10 milyondan çox bəyəni gəlib.

Qeyd edək ki, Messi və Rokuzzonun Tiaqo, Mateo və Ciro adlı üç oğlu var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun