Dediyi sözlərə görə həbs olunan Dilrubə sərbəst buraxıldı - YENİLƏNİB

30 Avqust 2024 13:13

Türkiyədə İnstaqramın bağlanmasına etiraz edən Dilruba Kayserilioğlu sərbəst buraxılıb. O,18 gün sonra azadlığa çıxıb.

------------

13.08.2024

Türkiyədə İnstaqramın bağlanmasına etiraz edən gənc xalqı və dövlət başçısını təhqir etdiyinə görə saxlanılıb.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Instaqramın bağlanması ilə bağlı küçə sorğusunda iştirak edərkən xalqı axmaq adlandıran D.K adlı qadın dediyi sözlərə görə sərt şəkildə cəzalandırılıb.

"Elin ərəbi ölüb deyə mənim ölkəm niyə yas tutmalıdır? Xalq axmaqdır, zəka yoxsuludur. Prezidenti Allahdan üstün tutduğunuz, ona sitayiş etdiyiniz üçün hamınız axmaqsınız. Bu sözlərimin kəsilməsini istəmirəm" , - deyə qız açıqlamasında söyləyib.

Polis tərəfindən saxlanılan D.K məhkəmənin qərarı ilə "Ölkə başçısını təhqir" və xalqı düşmənçiliyə təhrik etmə" maddəsi ilə həbs edilib.

Qeyd edək ki, Həmas liderinin ölümünə verilən başsağlıqlarına görə Türkiyədə instaqrama giriş məhdudlaşdırılmışdı.

İsmayıl
Milli.Az