KİV: İranın İsrailə cavab zərbəsinə 24 saatdan az vaxt qalıb

12 Avqust 2024 23:25

İran 24 saatdan az müddətdə İsrailə hücum edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Regiondakı rəsmilər X-saatının yaxınlaşdığına əmindirlər. Lakin hücumun dəqiq vaxtı açıqlanmır", - məlumatda deyilir.

Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən sonra başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun