Londonun mərkəzində qadın və uşaq bıçaqlandı

12 Avqust 2024 20:21

Londonun mərkəzindəki Lester meydanında baş verən hücum zamanı 11 yaşlı qız və 34 yaşlı qadın bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hücum edən şəxs hadisə yerində saxlanılaraq nəzarətə götürülüb.

Hücum edənin kimliyi ilə bağlı hələlik məlumat yoxdur.

Polis bu hadisə ilə bağlı başqa naməlum şübhəlilərin olmadığını güman edir.

Təcili-tibbi yardımdan yaralıların şəhərin ən böyük travmatoloji mərkəzinə aparıldığı bildirilib.

Qeyd olunur ki, hücum edən şəxsi hadisə şahidləri - yoldan keçənlər və yaxınlıqdakı mağazaların işçiləri zərərsizləşdiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun