Moskvada Litva səfirliyinin binası al qırmızı rəngə boyandı

12 Avqust 2024 16:56

Rusiyanın paytaxtı Moskvada Litva səfirliyinin binasına qırmızı boya atılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Readovka" "Telegram" kanalına və TASS məlumat verib.

Məlumata görə, naməlum şəxslər səfirliyin giriş qapısında çox sayda qırmızı barmaq izləri və eyni rəngdə də astanasında iki böyük ləkə qoyublar.

Bu hərəkətin Litvanın Ukraynanı dəstəkləməsi ilə bağlı olduğu iddia edilir.

KİV-in bildirdiyinə görə, Litvanın "Blue/Yellow" təşkilatının nümayəndələri, həmçinin Kiyevi lazımi dronlarla təmin ediblər.

Eyni zamanda qeyd olunur ki, bu, Moskvadakı diplomatik nümayəndəliyin qırmızı boya ilə boyanması ilə bağlı ilk hal deyil.

Litva Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Litva Moskvadakı səfirliyə hücumla bağlı Rusiya nümayəndəsinə etiraz notası təqdim edib.

"Səhər tezdən dörd naməlum maskalı şəxs Litvanın Moskvadakı səfirliyinin girişini qırmızı boya ilə boyayıb. Bununla əlaqədar olaraq Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi etiraz notası verilməsi üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə məlumatda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun