54 yaşlı Əməkdar artistin çimərlik pozları - FOTO

13 Avqust 2024 07:07

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Mələk Abbaszadə paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, 54 yaşlı sənətçi Türkiyənin turstik bölgələrinin birində istirahət edən zamanı palma ağacının kölgəsində bikinidə çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Şəkildə Mələyin ideal formada olması isə nəzərlərdən qaçmayıb.

Qeyd edək ki, Mələk Abbaszadə bir neçə ildir ki, differensiallaşmamış birləşdirici toxuma xəstəliyindən əziyyət çəkir. Aktrisa xəstəliyi ilə bağlı müalicələr almaq üçün Türkiyəyə gedir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun