NASA peyklərdən Attikadakı yanğınların miqyasını göstərdi - FOTO

12 Avqust 2024 16:31

Yunanıstanın xilasetmə xidmətləri paytaxtın Attika bölgəsində dünən günortadan başlayan yanğının yayılmasını dayandıra bilmir. Saatda 90 km-ə qədər əsən güclü küləklər və isti, quru hava buna mane olur. Alov paytaxt Afinaya doğru hərəkət edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidmətindən xəbər verilib.

Bildirilib ki, yanğın yerinə azı 560 yanğınsöndürən, 177 nəqliyyat vasitəsi, 17 təyyarə və 15 helikopter ekipajının dəstəyi ilə 16 meşəçi qrupu cəlb olunub.

Məlumata görə, yanğın yaşayış məntəqəsində bir çox evi məhv edib. Bazar ertəsi yeddi yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi elan edilib.

Yerli media NASA peyklərindən çəkilmiş şəkillər əsasında hazırlanmış yanğın xəritəsini dərc edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun