Bu gün keçirilə hərraclar zaçanı Avropada qazın 1 000 kubmetrinin qiyməti ötən ilin dekabrından ilk dəfə olaraq 460 ABŞ dollarını ötüb.
Milli.Az APA-ya istinadən bildirir ki, 12 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 467,6 dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun