Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi

12 Avqust 2024 15:28

Erməni polis qüvvələri Azərbaycanla sərhəddəki postlarda xidmət etməkdən imtina ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni jurnalist Oskan Sərkisyan məlumat yayıb.

O bildirib ki, polislərə sərhəddə xidməti üçün aylıq 180 min dram (təxminən 800 manat) ödənilirmiş, bir müddət öncə isə bu məbləğ 120 min drama qədər azaldılıb.

O qeyd edib ki, məbləğ azaldılandan sonra polislər sərhəddə xidmətdən imtina ediblər.

Xatırladaq ki, əsgər çatışmazlığı səbəbindən Ermənistan sərhəddə polislərin günəmuzd xidmətini təşkil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun