Ruslar "Youtube"dan pul qazana bilməyəcək

13 Avqust 2024 06:51

"Google" Rusiyadakı "AdSense" istifadəçilərinə hesablarının deaktiv ediləcəyi barədə məktub göndərməyə başlayıb. Beləliklə, rusiyalı bloggerlər artıq "YouTube"dan qazanc əldə edə bilməyəcəklər.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, şirkət daha əvvəl 2022-ci ildə Rusiyada rus istifadəçiləri üçün məhdudiyyətlər tətbiq etmişdi, lakin xaricdən gələn izləyicilərin baxışı yenə də onlara məzmundan pul qazanmağa imkan verirdi. Artıq bu da mümkün olmayacaq.

Qeyd olunur ki, "YouTube" blogerlərindən başqa digərləri də "Google AdSense"ə girişi itirəcək - məsələn, bu reklam şəbəkəsi ilə işləyən sayt sahibləri. Beləliklə, axtarış nəhəngi Rusiya ilə bütün işgüzar əlaqələri kəsir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun