Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşdiriləcək

12 Avqust 2024 15:00

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşdiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Nazirlər Kabineti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun