Kim Ukraynada sülh istəyirsə, sui-qəsdə məruz qalır

12 Avqust 2024 12:37

Slovakiyanın Baş naziri Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsdlərdən sonra Serbiya Prezidenti Vuçiç də Ukrayna ilə bağlı mövqeyinə görə təhlükə altındadır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.

"Cənab Fitsoya, daha sonra Trampa sui-qəsd olanda Prezident Vuçiçə hazırlıqlı olmağını dedim. Çünki Ukraynada sülh yolu ilə həllin tərəfdarı olan hər kəsin başına nəsə gəlir, kimsə onlara atəş açır", - o bildirib.

Vulin qeyd edib ki, Vuçiçə təhlükə onun siyasətinin əleyhdarları və xarici kəşfiyyat xidmətlərinin dəstəyindən istifadə edən beynəlxalq narkotik klanları tərəfindən yaranır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun