Kursk əməliyyatı: Putinin zirehində dəlik tapıldı

12 Avqust 2024 11:58

Kiyevin Kursk vilayətində əməliyyatı ukraynalıların əhval-ruhiyyəsini yüksəldir, lakin ruslar öz bölmələrini cəbhənin digər istiqamətlərindən Ukraynanın istədiyi tempdə çıxarmır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Ekonomist" nəşri yazıb.

Bildirilib ki, minimum məqsəd rus qoşunlarını cəbhənin əsas sektorlarından - Xarkov və Donbasdan çıxarmaqdır. Hələlik Rusiya qoşunlarını Xarkov istiqamətindən çıxarır, lakin indiyədək Donbas istiqamətindən xeyli az qüvvə köçürüb.

"Onların komandanlığı axmaq deyil. Onlar qüvvələri köçürürlər, lakin bizim istədiyimiz tempdə deyil. Onlar bilirlər ki, biz logistikanı 80-100 km-dən çox uzada bilmərik", - Ukrayna Baş Qərargahındakı mənbə nəşrə açıqlamasında deyib.

Vurğulanıb ki, bu əməliyyat ukraynalıların əhval-ruhiyyəsinə təsir etdi:

"Kiyevdəki dövlət idarələrində və yaralıları müalicə edən səhra hospitallarında xalq Putinin zirehində dəlik tapıldığına inandı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun