İllərlə ifadə olunmayan emosiyalar, basdırılmış duyğular BUNLARA SƏBƏB OLUR

12 Avqust 2024 00:44

Dünyada insanların, əsasən də gənclərin əksəriyyətində rast gəlinən problemlərdən biri də panik atakdır. Bəs, panik ataq nədir?  Yaranmağına səbəb olan amillər nələrdən ibarətdir? 
 
Mövzu ilə bağlı suallarımızı moderator.az-a psixoloq Samirə Bağırova açıqladı: 

"Panik atak  sarsıntı,  qorxu, gərginlik, təşviş- həyəcan kimi hissləri eyni anda yaşayaraq psixoloji pozuntu kimi dəyərləndirilir. 16-ya yaxın əlamətləri var. Ən geniş şəkildə özünü büruzə verən əlamətlər:
Boğulma
Soyuq tər
Əl- ayağın uyuşması, keyimə, barmaq uclarında iynə kimi batmalar hiss etmək
Baş gicəllənməsi
Mədə bulantısı
Sinədə yaxud kürək nahiyyəsində ürək tutmasına bənzər ağrı, yaxud yanmadır.
 
Panik atak ani şəkildə gələn bir ruh dəyişikliyi dalğasıdır. Pasient sanki, elə bilirəm ki, sözlərini tez- tez istifadə edir. Məsələn: elə bilirəm yıxılacam, sanki öləcəm.
Eyni zamanda ölüm qorxusu, havalanmaq qorxusu, doğmalar ilə nə isə pis hadisə baş verəcək qorxusu kimi obsessiv düşüncələr yaradır. Adət bu psixi pozuntudan əziyyət çəkənlər sıx- sıx halda həkimlərə müraciət edirlər. Amma təbii ki,həkimlər də psixoloqa yönəltmiş olurlar. Əgər müraciət edən şəxs panik atakın daha ağır mərhələsindədirsə, məsələn həftədə yaxud gün ərzində bir neçə dəfə atak dalğası yaşamış olursa, psixoloqla paralel psixiatra da müraciət olunur. O zaman mütləq dərman preparatları qəbul olunmalıdır. Yalnız psixiatrla da müalicə olunan sindrom deyil. Belə ki, məsələnin kök həlli şüuraltı ilə bağlı olduğundan psixoloji seanslar mütləqdir. Panik atak yaşayan şəxs ilk başda ürək probleminin olub olmamasına əmin olmaq üçün, mütləq kordioloqda müayinə olunmalıdır. Çünki qeyd etdiyim kimi əlamətlər problemli ürək əlamətləri ilə oxşardır. Panik atakın yaranmasının müxtəlif səbəbləri var. Qısa belə ifadə etmək olar ki, illərlə ifadə olunmayan emosiyalar, basdırılmış duyğular, içinə atmalar, cəmiyyət yaxud ailə içində, münasibətlərdə özünü-sözünü ifadə etməyi bacarmamaq, neqativ  düşüncələr içində boğulmaq".