Şahbuzda minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB

12 Avqust 2024 13:05

13:05

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı nəticəsində xəsarət alan Şərur rayon sakini Bəxtiyar Sultanovun vəziyyəti açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Azər Məmmədov bildirib ki, 19 yaşlı yeniyetmənin vəziyyəti ağırdır: "Avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayonu Mahmudkənd kənd sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif nahiyələrində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub. Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə-beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır".

Qeyd edək ki, avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

---------
09:48

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

---------------
2024.08.11


Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini Bəxtiyar Sultanov minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun