"Ukrayna qoşunları irəliləməkdə davam edir, Putin cəmiyyətdə narazılığın qarşısını almaq istəyir..."
Rusiya hakimiyyəti Kursk, Belqorod və Bryansk vilayətlərində hərbi vəziyyət əvəzinə "antiterror əməliyyatı" rejimi elan edib, çünki bu regionlarda baş verən hadisələrə qarşı daha radikal tədbirlər həyata keçirmək istəmir.
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
"Moskva, ehtimal ki, Ukraynanın Kursk vilayətinə hərbi müdaxiləsinin miqyasını azaltmaq və daxili təlaşın və ya neqativ münasibətin qarşısını almaq üçün hərbi vəziyyət əvəzinə antiterror əməliyyatı rejimi elan etməyə qərar verib.
Bu, Kremlin vəziyyətlə bağlı daha radikal tədbirlərin həyata keçirilməsi istəyinin olmadığını nümayiş etdirir", - hesabatda deyilir.
Analitiklər Rusiyanın "Vyorstka" müxalif nəşrində dərc edilən məqaləyə istinad edib.
Məqalədə deyilir ki, Putin administrasiyası deputatlara və senatorlara "xüsusi sərəncamadək" adıçəkilən hadisələri şərj etməmək və ya imkan daxilində qısa müzakirə etmək və yalnız rəsmi bəyanatlara istinad etmək tövsiyə edilib.
Bu susqunluq fonunda Z-kanallar Kremli hərbi vəziyyətin əvəzinə "antirerror əməliyyatı" elan etməsini tənqid edib.
Çünki bu, daha radikal tədbirlər-mitinqləri qadağan etmək, komendant saatı tətbiq etmək və istehsalı ordu üçün təşkil etmək tədbirlərini görməyə imkan verərdi.
Buna baxmayaraq, Putin tam olaraq hərbi rejimə keçməkdən yayınmağa və cəmiyyətdə onun rejiminin sabitliyinə təhlükə törədə biləcək narazılığın qarşısını almaq istəyir.
Kursk vilayətində vəziyyət
Avqustun 6-da Rusiyanın Kursk vilayətində Ukrayna-Rusiya sərhəddi keçilib.
Qərb KİV-lərinin məlumatına görə, rusiyalılar, ehtimal ki, ukraynalıların irəliləməsini dayandırmağa nail olub.
CNN telekanalının yazdığına görə, Ukrayna Kursk vilayətinə gözlənilməz hücumu ilə Putini alçaltmış olub. Cümə gününədək Rusiya hakimiyyəti ən azı 250 kvadrat km ərazisinə nəzarəti itirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun