SEPAH İraqla sərhəddə təlimlər keçirir

11 Avqust 2024 22:10

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimləri avqustun 9-da İranın Kirmanşah vilayətində İraqla sərhəddə yerləşən Qəsri-Şirin şəhəri yaxınlığında başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyinə şəhər merinin müavini Morad Babaxani deyib.

Onun sözlərinə görə, təlimlər bölgədə SEPAH qüvvələrinin döyüş hazırlığının artırılması məqsədi daşıyır və avqustun 13-də başa çatacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun