Litva ölkədə istehsal olunan ilk PUA-ları Ukraynaya göndərmək niyyətində olduğunu açıqlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ilin sentyabrında pilotsuz təyyarələrin tədarükünə başlanılacağı gözlənilir.
"Sputnik Litva"nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyi həmçinin respublikanın beş istehsalçısının PUA-larının sınaqlardan keçirildiyini qeyd edib.
Ukrayna üçün 5 milyon avro dəyərində PUA alınacaq. Eyni zamanda, Litva ordusunun ehtiyacları üçün eyni PUA-ların cəmi 3 milyon avroya alınması planlaşdırılır. 2030-cu ilə qədər Litva hər il bütün pilotsuz sistemlərin, o cümlədən xarici sistemlərin alınması üçün orta hesabla 30 milyon avro ayırmaq niyyətindədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun