ABŞ-dan Maduroya ŞOK TƏKLİF: Dohada gizli danışıqlar zamanı...

12 Avqust 2024 06:45

Birləşmiş Ştatlar Venesuela prezidenti Nikolas Maduroya 2025-ci ilin yanvarında səlahiyyət müddəti bitmədən istefa verməsi müqabilində amnistiya təklif edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Mənbənin nəşrə verdiyi məlumata görə, gizli danışıqlar zamanı onlar "narkoterrorizmdə iştirak" ittihamlarından azad olunmasını müzakirə ediblər. Amerika Ədliyyə Departamenti onları 2020-ci ildə Maduro və onun tərəfdaşlarına təqdim etdi.

Qeyd edilib ki, Birləşmiş Ştatlar iyulda baş tutan prezident seçkilərində Maduronun məğlubiyyətinin inandırıcı sübutlarının olduğuna əmin olduğu üçün amnistiya təklifi ilə çıxış edib.

Venesuela prezidentinə 2023-cü ildə Dohada gizli danışıqlar zamanı amnistiya təklif edildiyi iddia edilir. Ancaq mənbəyə görə, Maduro imtina edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun