Azərbaycanı "Paris-2024"də boks yarışlarında təmsil edən və finalda məğlub olaraq gümüş medal alan Loren Alfonso Doningesin paylaşımı birmənalı qarşılanmayıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, gümüş mükafatçımız ona edilən tənqidlərə sosial şəbəkə hesabının hekayə bölməsində sərt şəkildə cavab verib.
O, - "Bəli, bilirəm ki, əcnəbiyəm, amma Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm və sizin ölkəniz üçün etmədiyinizi edib, Azərbaycan bayrağını yüksəklərə qaldırmışam" - deyə cavab verib.
Onun bu cür reaksiyası isə insanlar tərəfindən tənqidlərlə qarşılanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun