Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına yekun vurulacaq.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, multiidman tədbirinin son günündə sərbəst güləşçilər də mükafatlar uğrunda mübarizə aparırlar.
Azərbaycan yığmasının Fransa paytaxtındakı son təmsilçisi xalça üzərinə çıxıb. Maqomedxan Maqomedov medal üçün mübarizə aparıb və komandamızın aktivinə növbəti mükafatı əlavə edib.
Sərbəst güləş
97 kq
Təmsilçimiz Maqomedxan Maqomedov son sınağına çıxıb. O, bürünc medal uğrunda görüşdə Murazi Mçelidze (Ukrayna) ilə qüvvəsini sınayıb. Maqomedov inamlı qələbə sayəsində (10:0) qarşılaşmanı 3-cü yerdə bitirib. Bu, sərbəst güləşçilərimizin Paris-2024-də 2-ci bürünc medalı olub.
Qeyd edək ki, bu gün Olimpiadanın bağlanış mərasimi keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun