"Azərbaycan üzrə bizim xidmətin sularda 37 xilasetmə məntəqəsi mövcuddur. Bunlar Nabran, Neftçala, Şirvan, Lənkəran, Astara, Mingəçevir, Yevlax , Qəbələ, Xəzər, Xaçmaz rayonu və Siyəzən rayonlarında yerləşir. Həmçinin 8 dalğıc-axtarış qruplarımız var".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru, baş leytenant Fərid İlhamoğlu deyib.
O bildirib ki, çimərlik kimi nəzədə tutulmayan ərazilərdə çimmək insan həyatına birbaşa təhlükə yaradır:
"FHN tərəfindən aparılan maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi vətəndaşlarımız tərəfindən , əsasən də yeniyetmə və gənclər arasında qeyri-iş günlərində çimərlik və qeyri-çimərlik ərazilərdə təhlükəsizlik qaydalarının pozulmasına rast gəlinir. Bu da bir çox hallarda acı sonluqla nəticələnir. Xidmətin texnika və avadanıqlarından başqa suda digər hərəkət vasitələrinin: qayıqların, skuterlərin çimərlik ərazisinə daxil olması qadağandır. Qızmar günəş altında dayanmaq, küləkli havada və sərxoş halda dənizə girmək qadağandır. Hava qaraldıqdan onra suya daxil olmaq olmaz. İnsan həyatı üçün təükəlidir".
Böyük inspektorun sözlərinə görə, xidmət yay fəslində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:
"Xilasedicilərimiz səhər saat 9-dan axşam saat 8-dək xidmət aparırlar. Axşam 8-dən sonra hava qaralır və görüntü məhdudiyyəti yaranır. Xilasedicilərimiz səsgücləndiricilər vasitəsi ilə istirahət edən vətəndaşlara bildirirlər ki, artıq hava qaraldıqdan sonra suya dalmaq, gecələmək, çimərliklərdə qalmaq həyat üçün təhlükəli ola bilər. Bölgələrimizdə yerləşən su hövzələri: suvarma kanalları, çaylar, göllər, arxlar və bir çox hövzələr çimərlik üçün nəzərdə tutlmayıb. Odur ki, vətəndaşlarımıza xahişimiz odur ki, həmin su hövzələrinə daxil olmasınlar. Çünki həmin su hövələri naməlum mürəkkəb dərinliyə, sürəti axına malikdir. Suyu altında hansı yad cismin bizi gözlədiyini bilmirik.
Vətənaşlarımız həmin su hövzələrinə daxil olub, həyatlarını təhlükəyə atmasınlar. Ölüm halları çox zaman bilinməyən su hövzələrində baş verir. Həyatını itirən vətəndaşlarımız təəssüflər olsun ki, suvarma kanallarında göllərdə və süni yaradılmış arxlarda həyatlarını itirirlər. Bakı şəhərinə gəlincə isə Xəzərin nəzarət olunmayan ərazilərində küləkli hava şəraitində suya daxil olaraq həyatlarını təhlükəyə atırlar və batırlar. Çimərlik kimi nəzərdə tutulmayan ərazlərə getməsinlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun