Günün qoroskopu
26 May 2010 07:00
Göylərin mənzərəsi
26 may çərşənbə, 13-ci Ay günü, Günəş - Əkizlərdə, Ay - Əqrəbdə, Merkuri - Buğada, Venera - Xərçəngdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Çətinlikləriniz öz həllini tapa bilmir. Səhhətinizə qarşı diqqətli olmalısınız. Heç kəsin işinə qarışmayın.
Buğa - Fəaliyyətinizdə qlobal nəticələr yoxdur. Bununla belə taleyinizdən şikayət etməməlisiniz. Evi dəyişmə və köçmə məsləhət görülmür.
Əkizlər - Rahat gedən işinizdə problemlər meydana çıxa bilər. Özünüzə arxayın olub, problemləri boş buraxmayın.
Xərçəng - İşləriniz alınacaq. Yaradıcılıq imkanlarınızı göstərə bilməyəcəksiniz. Demək olar ki, heç bir ciddi probleminiz qalmayacaq.
Şir - Əsəbiliklə dolu çətin bir gündür. Adamların sizi qıcıqlandırması münaqişəyə gətirib çıxarmamalıdır. Maddi vəziyyətiniz problemli olaraq qalır.
Qız - İşləriniz istədiyiniz kimi alına bilər. Hadisələrin axarına qoşulub maddi vəziyyətinizi yaxşılaşdırmaq yönündə fəaliyyət göstərin.
Tərəzi - İşləriniz çətinliklə gedəcək. Sizi əhatə edən çoxsaylı problemlərin həlli asan olanından başlamağınız məsləhətdir.
Əqrəb - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq şanslarınız var. Sevgi problemləriniz də yoxdur.
Oxatan - Heç bir işiniz yaxşı getmir. Odur ki, təmkinli olmağa çalışın. Maddi vəziyyətiniz hələ də problemli olaraq qalır.
Oğlaq - Yarımçıq qoyduğunuz işləri tamamlamalısınız. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün bu çox vacibdir.
Dolça - İşləriniz çətinliklə gedir. Maneələriniz əsasən xəyalpərəstliyinizdən meydana çıxır. Hadisələrə real baxın.
Balıqlar - Gücünüz çoxdur. Ondan səmərəli istifadə etməlisiniz. Səhhətinizə qarşı diqqətli olun.
Milli.Az