44 günlük Vətən müharibəsinin iştirakçısı Abusət Əliyevin idarə etdiyi avtomobilin Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsindəki Taxtakörpü kanalına düşməsi ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza anında avtomobildə üç nəfər olub.
Məlumatda bildirilir ki, hər üç şəxs sərxoş olub. Əlavə olunub ki, qəza hansısa qərəzdən törədilməyib və ya bunun fonunda baş verməyib. Digər iki nəfər üzərək kanaldan çıxıb. A.Əliyev isə kanalda qalıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.
---------------
2024.08.10
Xəbər verdiyimiz kimi, Samur- Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb, sürücü isə tapılmır.
Milli.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, avtomobilin sürücüsü Abusət Əliyev Vətən müharibəsi qazisidir.
Qonşuların sözlərinə görə, o, maşını iki gün öncə alıb.
Kanalda axtarışları davam edən qazinin fotosunu təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun