Təbriz şəhərində Ermənistan konsulluğunun açılması ilə bağlı məsələ iki ildir müzakirə olunur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilir ki, məsələ ilə bağlı Ermənistan XİN-ə müraciət olunub. Qurumdan verilən məlumata görə, hələ ki, Ermənistanın konsulluğunun nə vaxt açılacağı bilinmir.
"Hazırda Təbriz şəhərində açılış üçün hazırlıq işləri görülür", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Təbriz şəhərində konsulluğun açılması ilə bağlı razılaşma 2022-ci ildə əldə olunub. Daha əvvəl isə konsulluğun bu ilin əvvəlində açılacağı bildirilmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun