Olimpiyadada maraqlı anlar - Evlilik təklifi etdi - FOTOlar

10 Avqust 2024 12:07

Braziliyalı atlet Almir Dos Santos Parisdə keçirilən Olimpiya Oyunlarında üç təkanla tullanma üzrə finaldakı çıxışını başa vurduqdan sonra stadionda sevgilisinə evlənmə təklifi edib.

Milli.Az "report"a istinadən bildirir ki, idmançının sevgilisi təklifi müsbət cavablandırıb.

Dos Santos hündürlüyə tullanma üzrə yarışlarda 11-ci yeri tutub. Onun ən yaxşı cəhdi 16,41 metr olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun