Maşını kanala düşdü, özü yoxa çıxdı

10 Avqust 2024 11:58

Samur- Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Maşın sudan çıxarılsa da, A.Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun