Paris-2024: Millimiz 5-ci olub - FOTO

10 Avqust 2024 18:18

Paris-2024 Yay Olimpiya Oyunlarının bədii gimnastika yarışlarına yekun vurulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün qrup hərəkətləri üzrə komandalar final mərhələsində mübarizə aparıblar.

İştirakçılar öncə 5 halqa, ardınca 3 lent və 3 topla çıxış ediblər. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi yekunda 66,450 xal toplayıb.

Millimiz ilk hərəkətdə 34,850, ikincidə 31,600 xal yığıb. Komandamız bu göstərici ilə 5-ci yeri tutub.

Qeyd edək ki, çempion tituluna Çin yiyələnib. İsrail ikinci, İtaliya üçüncü yeri tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun