Azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyəti bərpa olunur - VİDEO

10 Avqust 2024 14:00

İşğaldan azad edilmiş ərazilərdə sərnişindaşıma fəaliyyəti bərpa olunur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Şuşa, Xankəndi, Xocalı, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın  və Suqovuşan istiqaməti üzrə marşrut xətləri müsabiqəyə çıxarılır.

Bunlar Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarıdır. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun