Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün güləş yarışlarının son iştirakçıları mübarizəyə qoşulublar.
Azərbaycan millisinin iki sərbəst güləşçisi də qüvvəsini sınayır. Hacı Əliyevlə Maqomedxan Maqomedov medal görüşlərinə vəsiqə üçün mübarizə aparırlar.
Sərbəst güləş
65 kq
Hacı Əliyev yarışa 1/8 finaldan başlayıb. Olimpiadaların gümüş və bürünc mükafatçısının ilk rəqibi meksikalı Ostin Qomes olub. Görüş idmançımızın qələbəsi ilə başa çatıb - 7:0. Əliyev 1/4 finalda İsmail Musukayevlə münasibətinə aydınlıq gətirib. Lakin qarşılaşmada rəqib 10:3 hesabı ilə qalib gəlib.
97 kq
Maqomedxan Maqomedov da 1/4 finala vəsiqə üçün mübarizə aparıb. Dominikan Respublikası idmançısı Luis Migel Pereslə üz-üzə gələn güləşçimiz rəqibinə heç bir şans verməyib və 9:0 hesabı ilə qələbə qazanıb. Maqomedov ikinci qarşılaşmasında Zbiqnev Baranovski (Polşa) ilə qüvvəsini sınayıb. O, bu dueldən də üstün ayrılıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Maqomedxan yarımfınala yüksəlib.
Qeyd edək ki, sərbəst güləş millimiz Paris-2024-ə altı güləşçi ilə yollanıb. Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) yarışı medalsız başa vurub, Giorgi Meşvildişvili (125 kq) 3-cü yer uğrunda görüşə çıxacaq.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun