Ceyran illər sonra efirə qayıdır - FOTO

10 Avqust 2024 09:05

Aparıcı Ceyran Rəhimova illər sonra efirə qayıdır.

Milli.Az olay-a istinadən bildirir ki, C. Rəhimova "MTV Azərbaycan" kanalı ilə razılaşıb. 

Bununla bağlı telekanalın icraçı direktoru Fariz Əliyev məlumat yayıb. 

Aparıcı ilə fotosunu paylaşan F. Əliyev "Yeni iş birliyimiz xeyirli olsun" şərhini yazıb.

Qeyd edək ki, C.Rəhimova "Sən bir nəğmə" verilişinin aparıcısı olub. O, uzun illərdir ki, fəaliyyətinə ara verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun