Vəkillərə QADAĞA: bunları edə bilməyəcəklər

10 Avqust 2024 08:11

Türkiyədə hüquqşünaslar onlayn mediada özlərini reklam edə bilməyəcəklər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Rəsmi Qəzet"də dərc olunan qərara görə, vəkillər onlayn mediada özlərini reklam edə və ya onlar haqqında hazırlanan məzmunu ön plana çıxara bilməyəcəklər.

Bununla bağlı Türkiyə Vəkillər Kollegiyaları Birliyinin Reklam Qadağası Əsasnaməsinə dəyişiklik edilib. Qərar "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.

⁠Qərara əsasən, vəkillər yazılı, audio, vizual və onlayn ünsiyyət vasitələrində, vəkil rütbəsinin istifadə edildiyi hallarda və şəxsi həyatları ilə bağlı paylaşımlarda peşənin nüfuzuna xələl gətirəcək davranışlardan çəkinməlidirlər.

Hüquqşünaslar reklam sayıla biləcək davranışlardan da çəkinməli, peşələrinin nüfuzuna xələl gətirəcək hər hansı açıqlama və ya paylaşımlar etməməlidirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun