Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva San-Paulu ştatında baş verən təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Braziliya Prezidenti bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"Vinyedudakı faciəli hadisənin 61 qurbanının xatirəsinə ölkədə 3 gün rəsmi matəm elan edirik".
Braziliya lideri yazının altında matəm elan edən fərmanın mətnini də dərc edib.
Qeyd edək ki, ötən gün Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 61 nəfər ölüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun